Digital Umbrella LLC

Digital Umbrella LLC

Digital Umbrella LLC

"Digital Umbrella" biznes proseslərin avtomatlaşdırılması istiqamətində rəqəmsal həllər verən şirkətdir. Çoxsaylı istifadəçilər üçün nəzərdə tutulmuş ciddi missiyalı layihələrin həyata keçirilməsində və dəstəyindəki təcrübəmiz müxtəlif biznes problemlərə effektiv həll təklif etməyimizdə vacib rol oynayır. Biz inanırıq ki, düzgün qurulmuş texnoloji həllər cəmiyyətə və bizneslərə müsbət töhfələr verə bilər.

XİDMƏTLƏRİMİZ

  • Digital Umbrella LLC
    01

    Proqram təminatının yaradılması və dəstəklənməsi

    Müasir veb və mobil texnologiyalardan istifadə etməklə ixtiyari mürəkkəbliyə malik informasiya sistemlərinin yaradılması komandamızın ixtisaslaşdığı əsas istiqamətlərdəndir. Təhlükəsiz, dayanıqlı, genişləndiriləbilən, miqyaslanabilən arxitekturanın qurulması və istifadəçi yönümlü interfeyslərin yaradılması yeni informasiya sisteminin layihələndirilməsi zamanı diqqət mərkəzində saxladığımız məqamlardır. Təcrübəli mütəxəssislərdən ibarət komandamız informasiya sisteminin yaradılması prosesinin bütün mərhələlərində (təhlil, layihələndirmə, implementasiya, sistemin istismara verilməsi və texniki xidmətin göstərilməsi) sizə dəstək olmağa hazırdır.

    Biznes tələblərin zamanla dəyişdiyini nəzərə aldıqda bütün uğurlu informasiya sistemlərinin funksionallığının mütəmadi olaraq təkmilləşdirilməsi qaçılmaz bir tələbə çevrilir. Bundan əlavə, informasiya texnologiyalarının sürətlə inkişaf etməsi müəyyən vaxtdan sonra istifadədə olan informasiya sistemlərində tətbiq edilmiş texnoloji həllərin yenilənməsi ehtiyacını yaradır. Mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi, optimallaşdırılması və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması istiqamətində işlərin görülməsi üçün komandamıza müraciət edə bilərsiniz.


  • Digital Umbrella LLC
    02

    Data mühəndisliyi, analitikası və hesabatlıq:

    Müasir dövrdə qabaqcıl analitik üsullar vasitəsilə məlumatların tam potensialından istifadə edə bilmək çox vacibdir. Təcrübəli analitiklərdən ibarət komandamız məlumat bazalarında saxlanılan faydalı şablonları, trendləri və korrelyasiyaları aşkar etmək üçün ən müasir alətlərdən istifadə edir. İstər idarə heyəti üçün statistik hesabat panelləri, istər ətraflı maliyyə hesabatları və ya operativ təhlil ehtiyacınız olsun, biz toplanmış məlumatlar əsasında unikal tələblərinizə uyğun hesabatların tərtib edilməsini təmin edə bilərik. Bununla yanaşı, məlumat anbarı arxitektorları biznesin müxtəlif ehtiyaclarını ödəyən, miqyaslanabilən və çevik məlumat anbarlarını layihələndirmək üçün hər bir detala diqqətlə yanaşır, məlumat anbarının performans, təhlükəsizlik və texniki xidmətin asanlığı üçün optimallaşdırılmasını təmin edirlər.


  • Digital Umbrella LLC
    03

    Coğrafi informasiya sistemləri və məsafədən zondlama (remote sensing):

    Komandamız müasir və standart üsullardan istifadə etməklə peyk təsvirlərinin emal edilməsi vasitəsi ilə bitki örtüyünün sağlamlığının, sudan istifadənin, torpağın vəziyyətinin, su hövzələrinin, torpaq və meşə örtüyünün dəyişməsinin avtomatlaşdırılmış qaydada monitorinqi, habelə, data əsaslı qərarların qəbul edilə bilməsi üçün interaktiv xəritələr vasitəsilə coğrafi məlumatların vizuallaşdırılması və sifarişçinin spesifik biznes tələblərinə uyğun coğrafi informasiya sistemlərinin layihələndirilməsi və yaradılması istiqamətində geniş təcrübəyə malikdir.


  • Digital Umbrella LLC
    4

    Süni intellekt və maşın öyrənməsi

    Süni intellektin müxtəlif sənaye sahələrinə tətbiqi gün keçdikcə daha da artmaqdadır. Mühəndislərimiz təşkilatınız daxilində spesifik problemlərin həlli üçün maşın öyrənmə alqoritmlərini layihələndirə və yarada bilərlər. Peyk təsvirlərinin avtomatlaşdırılmış qaydada təhlil edilməsi vasitəsilə maraq predmeti olan obyektlərin tanınması və dəyişikliklərin müəyyən edilməsi üçün maşın öyrənməsi modelinin qurulması istiqamətində təcrübəyə malik olan komandamızın oxşar tələblər üzrə personallaşdırılmış proqram təminatının yaradılması işində sizə dəstək ola bilər. Bundan əlavə, kağız daşıyıcılar üzərindəki məlumatların rəqəmsallaşdırılması, şəkillər üzərindəki məlumatların məqsədə uyğun olaraq təhlil edilməsi və digər süni intellekt imkanlarından istifadə edərək məlumatların emal edilməsi üçün komandamıza müraciət edə bilərsiniz.

Əlaqə

+994 77 404 40 41

info@digirella.az

Azərbaycan, Bakı şəh., AZ1004, Səbail r-nu, Dağlar küç., 35