RƏHBƏRLİK

RƏHBƏRLİK

Holdinq iri korporativ və sənaye aktivlərinin idarə edilməsi və inkişaf etdirilməsi sahəsində uzun illər praktiki təcrübəsi olan insanlar tərəfindən idarə olunur.

  • Rəhman Xəlilov
    "R Group Holding" İdarə Heyətinin sədri
    Rəhman Xəlilov

    Rəhman Xəlilov iyirmi ildir ki, neft və neft məhsullarının tədarükü və daşınması sahəsində fəaliyyət göstərir. Onun görkəmli karyerası 1998-ci ildə İsveçrənin Cenevrə şəhərində Avropa Universitetini bitirdikdən sonra əldə etdiyi akademik nailiyyətlərlə başlamışdır. 2001-ci ildə Beynəlxalq Cenevrə Universitetinin diplomunu alaraq biliklərini daha da zənginləşdirmişdir.

    1997-2007-ci illərdə Rəhman Xəlilov tanınmış şirkətlərdə, o cümlədən "LUKOIL" Özəl Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "LUKOIL-Türkiyə" və "LITASCO" S.A. (İsveçrə) şirkətlərində müxtəlif vəzifələrdə çalışmışdır.

    2004-cü ildə o, baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən "Riroil Sarl" ticarət şirkətini yaradaraq və ona rəhbərlik edərək sahibkarlıq fəaliyyətinə başlamışdır.

    2004-2007-ci illər onun peşəkar karyerası üçün əsaslı dönüş nöqtəsi olmuşdur. Həmin illərdə o, Azərbaycan, Bakı şəhərində yerləşən "ISR Holdinq"‑də enerji layihələrindən hasilata qədər bir sıra sahələri əhatə edən logistika və neft layihələrinin təslim edilməsi üzrə vitse-prezident vəzifəsində çalışırdı.

    Rəhman Xəlilovun rəhbərliyi altında müxtəlif intervallarda tanker donanması korporativ sistemə inteqrasiya olunmuş, gəmiçilik fəaliyyətlərinin idarə edilməsi üçün ixtisaslaşdırılmış bölmələr yaradılmışdır.

    Öyrənmə və peşəkar inkişaf əzmi onu Kembric və Oksford kolleclərinə apardı və burada o, "Beynəlxalq Neft Təchizatı, Nəqliyyatı, Logistika və Ticarəti" ilə yanaşı, "Neft ticarəti və Beynəlxalq Bazarlar" ixtisasına yiyələndi.

  • Roman Kurdyumov
    "R Group Holding" İdarə Heyətinin üzvü
    Roman Kurdyumov

    2003-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Universitet) hüquqşünas ixtisası üzrə bitirmiş, xarici dil biliklərinə malik beynəlxalq hüquqşünas ixtisasına yiyələnmişdir.

    Şirkətdə işə qəbul olunmazdan əvvəl Roman Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasında hüquq şöbəsinin baş mütəxəssisi, Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının Beynəlxalq Ticarət Arbitraj Məhkəməsinin hüquq şöbəsinin baş mütəxəssisi vəzifələrində çalışmışdır.

    2007-ci ildən etibarən ardıcıl olaraq RAİLGO-da İddialar və Müqavilələr Departamentinin müdir müavini, maliyyə direktorunun müavini, daxili audit və nəzarət üzrə vitse-prezident vəzifələrində çalışmışdır.

    2013-cü ilin oktyabr ayından etibarən Roman Kurdyumov RAILGO İdarə Heyətinin üzvü olmuşdur.

    2023-cü ilin iyul ayından "R Group Holding" İdarə Heyətinin üzvüdür.

  • Rəşad Xəli̇lov
    "R Group Holding" İdarə Heyətinin üzvü
    Rəşad Xəli̇lov

    2006-cı ildə Vaşinqton D.C., Amerika Universitetindən İqtisadiyyat ixtisası üzrə məzun olmuşdur. 2007-ci ildən etibarən ardıcıl olaraq ProCommercebank-da kredit eksperti vəzifələrində çalışmışdır. 2008-ci ildən "IODICO" MMC-də maliyyə eksperti və maliyyə direktoru vəzifələrində çalışmışdır. Rəşad Xəlilov 2014-cü ilin iyun ayından "IODICO" şirkətinin baş icraçı direktorudur.

    2023-cü ilin iyul ayından "R Group Holding" İdarə Heyətinin üzvüdür.

  • Nadi̇r Orucov
    "R Group Holding" İdarə Heyətinin üzvü, Hüquq və Komplayens üzrə Direktor
    Nadi̇r Orucov

    1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr dərəcəini (fərqlənmə ilə) almışdır, 2000-ci ildə isə həmin fakültəni magistr diplomu (fərqlənmə ilə) ilə bitirmişdir.

    Nadir holdinqdə işə başlamazdan əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Çirkli pulların yuyulmasına qarşı fəaliyyət şöbəsində baş məsləhətçisi və rəis əvəzi, VTB (Azərbaycan) ASC-nin Korporativ hüquq şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Hüquq və Beynəlxalq əməkdaşlıq departamentinin müdiri vəzifələrində çalışmışdır.

    2009-cu ildən ardıcıl olaraq "Bakcell" MMC-nin Korporativ Hüquq və Dövlət qurumaları ilə iş şöbəsinin rəhbəri, PAŞA Bank ASC-nin Korporativ hüquq sahəsinin ekspert-rəhbəri, "Azercell Telecom" MMC-nin Hüquq, Etika və Komplayens Departamentinin Kommersiya hüququ məsələləri üzrə hüquqşünas-konsultant vəzifələrində çalışmışdır.

    2023-cü ilin iyul ayından "R Group Holding"da İdarə Heyətinin üzvü, Hüquq və Komplayens üzrə Direktoru vəzifəsində çalışır.

  • Sami̇r Aslanov
    "R Group Holding" İdarə Heyətinin üzvü
    Sami̇r Aslanov

    2002-ci ildə fərqlənmə ilə Azərbaycan Dövlət Dillər Universitetini bakalavr dərəcəsinə yiyələnmiş, 2004-cü ildə isə eyni Universitetin magistr dərəcəsini bitirmişdir. 2002-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və Kredit" ixtisası üzrə ixtisasartırma proqramının müdavimi olmuşdur. 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası və Corcia Dövlət Universitetinin (ABŞ, Atlanta) birgə əməkdaşlığı ilə MBA proqramının "İstehsalın və əməliyyatların menecmenti" ixtisasını fərqlənmə ilə bitirərək Magistr dərəcəsini əldə etmişdir. 2013-cü ildə İslam maliyyəsi, İslam bankçılığı, Kapital bazarları və Sığorta modulları üzrə CIMA diplomunu əldə etmişdir. 2016-cı ildə ACCA (Sertifikatlı Mühasiblər Birliyi) "Maliyyə uçotu" sertifikatına yiyələnmişdir.

    2001-ci ildən "Azərbaycan Beynəlxalq Bankı" ASC-də ardıcıl olaraq mütəxəssis kassir, aparıcı mütəxəssis, baş mütəxəssis vəzifələrində çalışmış, İslam Bankçılığı Departamentinin investisiya və qlobal maliyyə bazarları şöbəsinin müdiri olmuşdur.

    2014-cü ilin iyun ayından IODICO MMC maliyyə direktoru vəzifəsində çalışmış, 2022-ci ilin iyul ayından indiyə kimi baş direktorun müavini-maliyyə direktorudur.

    2023-cü ilin iyul ayından "R Group Holding" İdarə Heyətinin üzvüdür.

  • Cəbrayıl İsmayılov
    "R Group Holding" İdarə Heyətinin üzvü
    Cəbrayıl İsmayılov

    2011-ci ildə Royal Holloway, London Universitetində, Böyük Britaniyada Beynəlxalq İdarəetmə və Biznes üzrə bakalavr dərəcəsi almışdır.

    2012-ci ildə London Universitetində Dənizçilik Əməliyyatları və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini müvəffəqiyyətlə qazanmışdır. O, həmçinin Gəmi Brokerləri İnstitutundan (ICS London) peşəkar ixtisas dərəcəsinə malikdir.

    London, Cenevrə və İstanbulda beynəlxalq ticarət və gəmiçilik firmalarında çalışaraq, zəngin təcrübə qazanmışdır. O, ticarət və logistika sahəsində praktik təcrübəyə malik olan və əmtəə sahəsində təcrübəli mütəxəssisdir.

  • Əbdül Əliyev
    "R Group Holding" İcraçı Direktor
    Əbdül Əliyev

    Əbdül Əliyev 1986-cı il oktyabrın 9-da Bakı şəhərində anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini Politologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2012-ci ildə isə, Milli Təhlükəsizlik və Siyasi Strategiya ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. 2015-ci ildə Əbdül Əliyev əlavə olaraq, Praqa Çarlz Universitetində Beynəlxalq İqtisadi və Siyasi Tədqiqatlar üzrə magistr dərəcəsi əldə etmişdir.

    2010-2011-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasında işləyərək təcrübə qazanmışdır. 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində məsləhətçi vəzifəsində çalışmışdır. 2014-2015-ci illərdə Çexiyanın Praqa şəhərində yerləşən "Česko-Ázerbájdžánsky Spolek" gənclər təşkilatının sədri kimi fəaliyyət göstərmişdir. 2016-2018-ci illərdə Qəbələ regional "ASAN xidmət" mərkəzinin direktoru kimi çalışmışdır.

    2018-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

    2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncam əsasında "Tərəqqi" medalı ilə təltif edilib.

    2022-ci ildə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illik yubileyi (2012-2022)" münasibətilə Azərbaycan Respublikasının "Yubiley medalı" ilə təltif edilib.